"Şahdəniz"dən çıxarılan 112 milyard kubmetr təbii qazın 77,6 milyard kubmetri ixrac edilib

2020.01.24 11:56 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağı istismara veriləndən cari il yanvarın 1-dək çıxarılan qazın 77,6 milyard kubmetri ixraca nəql edilib. Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.

Qeyd edək ki, "Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. "Şahdəniz"də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), "SGC Upstream" (6,7 faiz), "Petronas" (15,5 faiz), "LUKoil" (10 faiz), "NICO" (10 faiz) və "TPAO" (19 faiz).