Ötən il kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 7 faizdən çox artaraq 7,8 milyard manat olub

2020.01.23 17:28 (UTC+04:00)

Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bunun 4 milyard 85,5 milyon manatı heyvandarlıq, 3 milyard 751,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,7 faiz artıb.