Toxuculuq, geyim və ayaqqabı sahələrində 427,5 milyon manatlıq məhsul istehsal olunub

2020.01.23 12:37 (UTC+04:00)

Ötən il toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci illə müqayisədə toxuculuq sənayesində 33,2 faiz, geyim istehsalında 22,6 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2,9 faiz azalma müşahidə olunub.