Ötən il işsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat olub

2020.01.23 09:58 (UTC+04:00)

2020-ci il yanvarın 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfərdir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işsizlərin 37,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 276,4 manat olub.