BVF qlobal iqtisadiyyatın artım proqnozlarını aşağı salıb

2020.01.22 18:40 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın iqtisadi mənzərəsinə həsr olunmuş hesabatının 2020-ci il yanvar buraxılışını "Müvəqqəti tarazlaşma, asta toparlanma" sərlövhəsi ilə nəşr edib. Hesabatda qlobal iqtisadi artım proqnozu 2019-cu il üçün 3 faizdən 2,9 faizə, 2020-ci il üçün 3,4 fazidən 3,3 faizə, 2021-ci il üçün 3,6 faizdən 3,4 faizə salınıb.

Hesabatda istehsalatdakı tarazlaşma meyillərinin, valyuta siyasətlərinin, ABŞ-Çin münasibətlərindəki müsbət irəliləyişlərin, İngiltərənin Avropa İttifaqından razılıq sazişi olmadan ayrılması ehtimalının azalmasının bazar gözləntilərini canlandırdığı göstərilməklə yanaşı, bu irəliləyişlərin dünyanın makroiqtisadi göstəricilərinə nəzərəçarpacaq dərəcədə təsir göstərmədiyi qeyd edilib.

ABŞ-İran münasibətlərinin xüsusi vurğulandırğı hesabatda ABŞ üçün iqtisadi artım proqnozu 2019-cu il üçün 2,3 faiz, 2020-ci il üçün 2 faiz, 2021-ci il üçün 1,7 faiz göstərilib.

Avro zonasında artım proqnozu 2019-cu il üçün 1,2 faiz, 2020-ci il üçün 1,3 faiz, 2021-ci il üçün 1,4 faiz göstərilmiş hesabatda Almaniya iqtisadiyyatının 2019-cu ildə 0,5 faiz, 2020-ci ildə 1,1 faiz, 2021-ci ildə 1,4 faiz; İngiltərə iqtisadiyyatının isə 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə 1,4 faiz, 2021-ci ildə 1,5 faiz artacağı proqnozlaşdırılıb.

Hesabatda Çin iqtisadiyyatının 2019-cu ildə 6,1 faiz, 2020-ci ildə 6 faiz, 2021-ci ildə isə 5,8 faiz artacağı təxmin olunur.