Ötən il Azərbaycanda 24 milyard 246,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

2020.01.22 14:11 (UTC+04:00)

İstehsaldan 23 milyard 402 milyon kilovat/saat əmtəəlik elektrik enerjisi alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin həcmin 21 milyard 718 milyon kilovat/saatı istilik, 1 milyard 535,5 milyon kilovat/saatı su, 42,3 milyon kilovat/saatı günəş, 106,2 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.