Keçən il metanol istehsalı 345,5 min tona çatıb

2020.01.22 11:13 (UTC+04:00)

2019-cu ildə Azərbaycanda 88,1 min ton propilen (ondan əmtəəlik 87,6 min ton), 95,6 min ton polietilen, 117,2 min ton etilen, 345,5 min ton metanol (metil spirti) istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində kimya sənayesində məhsul buraxılışı əvvəlki illə müqayisədə 25,6 faiz artıb. Yanvarın 1-nə 0,6 min ton propilen, 1,4 min ton polietilen və 7,1 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Ötən il propilen istehsalı 56,8 faiz, etilen istehsalı isə 18,5 faiz artıb.