Ötən il Azərbaycan Türkiyəyə ixracını 32 faizdən çox artırıb

2020.01.21 14:19 (UTC+04:00)

2019-cu il ərzində Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 4.509.496,04 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1.106.649,95 min dollar və ya 32,52 faiz çoxdur. 2019-cu ildə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 13,54 faizinə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Türkiyəyə icracının həcmi 2.862.694,58 min dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1.036.713,1 min dollar və ya 56,78 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalı isə 1.646.801,46 dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 69.936,85 min dollar və ya 4,43 faiz çoxdur.

2019-cu ildə Azərbaycanın qardaş ölkənin ixracdakı payı ümumi ixracın 12,58 faizinə, idxaldakı payı isə ümumi idxalın 12,05 faizinə bərabərdir.