Ötən il 46,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

2020.01.21 14:01 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ötən il 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı 3,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6 faiz çoxalıb.