Keçən il Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 milyard dollardan çox olub

2020.01.21 12:51 (UTC+04:00)

2019-cu il ərzində Azərbaycan və Çin arasında ümumi dəyəri 2.184.194 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2018-ci ilin 12 aylıq göstəricisi ilə müqayisədə 873.947,08 min dollar və ya 66,7 faiz çoxdur. 2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 6,56 faizinə bərabər olub.

2019-cu il ərzində Azərbaycanın Çinə icracının həcmi 752.162,63 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 638.589,17 min dollar və ya 6,62 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Çindən idxalı isə 1.432.031,37 dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəriciləri iə müqayisədə 235.357,91 min dollar və ya 19,67 faiz çoxdur.

Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83 faizinə, idxaldakı payı isə ümumi idxalın 10,48 faizinə bərabərdir.