Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb

2020.01.21 11:16 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb. IMF bu ilə dair qlobal iqtisadi artım proqnozunu 3,4 faizdən 3,3 faizə endirib. Fond ticari razılaşmalar və Yaxın Şərqdəki gərginlik fonunda əvvəlki proqnoza nisbətən cari il üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. Lakin buna baxmayaraq, fond bu il dünya iqtisadiyyatının güclənəcəyini gözləyir.

IMF qlobal iqtisadi artımın 2019-cu ildəki 2,9 faizlə müqayisədə bu il 3,3 faizə yüksələcəyini nəzərdə tutur. Belə ki, qlobal iqtisadi artım 3 ildə ilk dəfə sürətlənəcək.

Fond 2021-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə yüksələcəyini proqnozlaşdırır.