Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva və İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov "AzTV"nin "Günün nəbzi" proqramında vergi islahatlarının ölkənin iqtisadi həyatında hansı dəyişikliklər yaradacağı barədə sualları cavablandırıb, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı ictimaiyyəti daha çox maraqlandıran məsələlərə aydınlıq gətiriblər.