Alüminium və ondan hazırlanan məmulatların ixracında 30 faizdən çox artım olub

2020.01.18 18:22 (UTC+04:00)

Keçən il 64,6 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 128 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ildə ölkədən 112,2 milyon dollarlıq 49,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.