2019-cu ildə ölkədən 95 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib. Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 57,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ildə 86,2 milyon dollarlıq 127,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.