Polşada şəkərə əlavə vergi tətbiq olunacaq

2020.01.17 18:47 (UTC+04:00)

2020-ci il aprel ayının 1-dən Polşada “şəkər vergisi” qüvvəyə minəcək. Bu səbəbdən də tərkibində şəkər olan məhsullar bahalaşacaq. Yerli mətbuatda bu addımın dövlətin piylənməyə və şəkər xəstləliyinə qarşı mübarizəsi çərçivəsində atıldığı qeyd olunur. Baş nazirin müavini Slavomir Qadomski bildirib ki, yeni vergi dövlət büdcəsinə vəsait cəlb edilməsi deyil, şəkərin istehlakının azaldılması məqsədi ni daşıyır. Bahalaşacağı gözlənilən malların qiymətində nə qədər artım olacağı isə şirinləşdirici maddələrin kəmiyyətindən asılı olacaq. Məsələn, tərkibində bir şirinləşdirici olan içki 70 quruş, iki şirinləşdirici olan içki isə 80 quruş bahalaşacaq. Tərkibində kofein, taurin və quaranu olan içkilərin qiyməti isə 1 zlota (1 zlota=0,45 manat) artacaq.