CBC televiziya kanalının təqdim etdiyi süjetdə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə açıqlama verib. Nazirlik rəsmisi bu sahədə aparılan islahatları şərh edərək bildirib ki, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, qeydiyyat müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.