Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 503002579S 50 mln. manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 97,3425 AZN (5,85%) və 97,9521 AZN (4,48%)olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269 252 700 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97,9440 AZN (4,49%),orta ölçülmüş qiyməti isə 97,9511 AZN (4,48%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 mln. AZN təşkil edib. Notların ödəmə tarixi 6 iyul 2020-ci ildir.