Bəyannamə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203-cü və 208-ci maddələrinə əsasən, ölkə ərazisində torpaq vergisinin ödəyicisi sayılan və bu vergini dövlət büdcəsinə ödəməli olan vergi ödəyiciləri tərəfindən tərtib olunmalıdır.
Vergi ödəyicisindən bəyannamədə özü haqqında ümumi məlumatları, verginin hesablanması qaydalarını, digər zəruri qeydləri nəzərə alması tövsiyə olunur. Bəyannaməni tərtib edən məsul şəxs bölməsində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və bəyannaməni tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı yazılmalıdır. Bəyannamə auditor (agent) tərəfindən tərtib edildiyi halda, auditorun soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla imzalanmalıdır.
Torpaq vergisinin bəyannaməsi birbaşa vergi orqanına təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Bəyannamə internet vasitəsilə təqdim edildikdə vergi orqanlarına aid xanalar doldurulmur.