2019-cu ildə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes (KOB) subyektləri arasında 15 sorğu keçirib. KOBİA-dan verilən məlumata görə, Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB-lar arasında keçirilmiş sorğular elektrik şəbəkəyə qoşulma, məhkəmə sistemi üzrə aparılmış islahatlar, tikintiyə icazələrin verilməsi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, sahibkarların təlim, peşə və ixtasaslara olan ehtiyacının müəyyənləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, idxal-ixrac əməliyyatları, özünüməşğulluq istiqamətlərini əhatə edib.
KOB-ların ehtiyaclarının və təkliflərinin öyrənilməsi, qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi məqsədilə təşkil edilən sorğularda 6 minə yaxın KOB subyekti iştirak edib və ümumilikdə 180-dən çox sual cavablandırılıb.
Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və hazırda nəticələr üzrə müvafiq tədbirlər görülür.