Çin iqtisadiyyatı ötən il 6,1 faiz artıb

2020.01.17 13:41 (UTC+04:00)

Çində ümumi daxili məhsul (ÜDM) ötən il 6,1 faiz artaraq, hökumətin rəsmi proqnozu olan 6-6,5 faizlik hədəfə uyğun olub.
Çin Milli Statistika Bürosunun məlumatına görə, bu rəqəm 1990-cı ildən bəri Çində ən aşağı göstəricidir.
Ötən il Çinin ÜDM-i 99,09 trilyon yuan (14,38 trilyon ABŞ dolları) olub ki, əhalinin hər nəfərinə düşən ÜDM payı 10 min 276 dollar olub.
Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM-in artım tempində son illər azalma müşahidə edilirdi. Belə ki, 2010-cu ildə bu rəqəm 10,6 faiz olduğu halda, 2018-ci ildə 6,6 faiz səviyyəsinə düşmüşdü.