Amerika Prezidenti Avropa dövlətlərini İrana qarşı tədbir görməyə çağırıb

2020.01.16 19:03 (UTC+04:00)

ABŞ-da nəşr olunan “Washington Post” qəzetinin Avropa dövlətlərinin yüksək vəzifəli rəsmilərinə istinadən yaydığı xəbərə görə, Prezident Donald Tramp İngiltərə, Fransa və Almaniyanı İrana qarşı tədbirlər görməyə çağırıb. D.Tramp onlara BMT-nin sanksiyalarının yenidən tətbiq olunmasına şərait yaradan “İxtilafların həll mexanizmi”nin gündəliyə gətirilməsindən əvvəl müraciət edərək, bu addımın atılmayacağı halda Avropa ölkələrindən idxal edilən mallara əlavə vergi tətbiq olunacağı ilə hədələyib. Tramp qeyd edib ki, bu mexanizmin işə salınmayacağı təqdirdə Avropadan ABŞ-a idxal edilən avtomobillərə 25 faizlik gömrük vergisi tətbiq olunacaq.