Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb

2020.01.16 18:30 (UTC+04:00)

Azərbaycan keçən il ən çox Rusiyadan məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2019-cu ildə ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 2 milyard 290,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 646,8 milyon dollar, Çindən isə 1 milyard 432 milyon dollar olub.