İpoteka və Kredit Zəmanət Fondunun aktivləri artıb

2020.01.16 18:05 (UTC+04:00)

Ötən ilin sonuna İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 10,2 faiz artaraq 1,41 milyard manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 milyon manat olub. Fonddan bildirilib ki, İKZF-nin nizamnamə kapitalı artaraq 637 milyon manata çatıb. Kapitalın artımı 2020-ci ilin dövlət büdcəsi xərclərində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 71 milyon manat məbləğində vəsait hesabına təmin ediləcək. 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin olunacaq, ipoteka kreditlərinin, o cümlədən bu kreditlərlə yanaşı, sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi davam etdiriləcək.