Nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycanı Körfəz ölkələri, İranı isə Rusiya və Avropa ilə birləşdirəcək

2020.01.16 15:55 (UTC+04:00)

İranla Azərbaycan arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Bu sözləri İranın Beynəlxalq Yol və Nəqliyyat Təşkilatının baş direktoru Mənuçöhr Salmanzadə deyib.

O vurğulayıb ki, hər iki dövlətin müvafiq strukturları arasında tranzit yüklər üçün rüsumların müəyyənləşməsi və gömrük-keçid prosedurlarının asanlaşdırılması istiqamətində razılıq əldə olunub. Bu razılaşma ticarət dövriyyəsinin artmasına, iş adamlarının qarşılıqlı investisiya yatırmasına böyük imkanlar yaradıb. Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycanı Körfəz ölkələri, İranı isə Rusiya və Avropa ilə birləşdirəcək.