Azərbaycanda nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır

2020.01.16 15:12 (UTC+04:00)

Ölkədə nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib: “Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir".