2019-cu ilin yanvar ayından dekabr ayına qədər Cənubi Koreyada dövlət xəzinəsinə 276,6 trilyon von (təxminən 239,6 milyard dollar)vergi daxil olub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3 trilyon von (2,85 milyard dollar) azdır. Bu azalma gəlir vergisinin və əlavə dəyər vergisinin azalması ilə izah edilib. Noyabr ayının sonunadək gəlir vergisindən daxilolma 1,1 trilyon von (951,5 miyon dollar)azalıb.