2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 4 milyard 825,5 milyon manat təşkil edəcəyi nəzərdə tutulur. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib: "DSMF-nin gəlirləri ötən il 4 milyard 128,1 milyon manat olub. Bu il fonda dövlət büdcəsindən transferlərin 29,6 faiz olması gözlənilir. Keçən il isə bu rəqəm 32,8 fazi olub. DSMF-yə yığılan vəsaitlər pensiya və məcburi ödənişlərin ödənilməsi üçün kifayət etmir. Buna görə də, dövlət tərəfindən subsidiya ayrılır. Bizi fonda yığılan vəsaitin həcminin hansı hissəsinin vətəndaşlar tərəfindən və hansı hissəsinin dövlət tərəfindən subsidiya kimi verilməsi maraqlandırır. İllər üzrə yığım artır və subsidiya fondundan asılılıq azalır. Son 5 ildə 10 faizədək xüsusi şəkildə azalma olub".