"Azexport.az" portalı "Pay Ring" rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

2020.01.16 14:35 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport.az" internet portalı "Pay Ring" layihəsinin icrasına başlayıb. İİTKM-dən bildirilib ki, portal bu layihənin icrasına Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda müəyyən olunan başlıca hədəfləri əsas götürərək başlayıb.

"Pay Ring" nağdsız ödənişlərin müasir simsiz "NFC (Near Field Communication)" rabitə sistemlərindən istifadə etməklə üzük vasitəsilə həyata keçirilməsi prosesidir.
Portal "Pay Ring" rəqəmsal ödəniş sistemi layihəsini "VISA International" şirkəti ilə birgə icra edəcək.