Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb

2020.01.16 13:58 (UTC+04:00)

“2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Fondun açıqlamasında həmçinin deyilir ki, mexanizmin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 milyon manat) Fond tərəfindən zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 milyon manat olub. Ümumiyyətlə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 70 milyon manata qədər kredit əldə edib.