Sahil Babayev: "Azərbaycanda ciddi kadr potensialı yaradılıb"

2020.01.16 12:28 (UTC+04:00)

“BMT ilə əməkdaşlıqda ciddi nəticələrimiz var”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına həsr olunmuş konfransda deyib: “Layihələr üzərində fəal işləyirik. BMT yeni texnologiyalar və Azərbaycan həqiqətlərinə uyğunlaşa biləcəyimiz beynəlxalq təcrübədə bizə kömək edə bilər. Azərbaycanda ciddi kadr potensialı yaradılıb. Amma bu sahədə sərhəd yoxdur, inkişaf etməyə davam etmək lazımdır”.

Nazirin sözlərinə görə, sosial sahədəki addımları iqtisadi prioritetlərlə əlaqələndirmək lazımdır: “Məşğulluq, sosial müdafiə və təminat sahələrində olduğu kimi, digər sahələrdə də. Bu da BMT ilə əməkdaşlığı uğurla həyata keçirə biləcəyimiz başqa bir platformadır”.