Səadət Yusifova: "2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq"

2020.01.16 12:41 (UTC+04:00)

Bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da Bakıda keçirilən tədbirdə çıxışı zamanı səsləndirib. Səadət Yusifova ölkəmizdə Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatların həyata keçirildiyini deyib. Qeyd edib ki, həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən xeyli fərqlənir. İslahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək.