“Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə yeni çərçivə sənədinin hazırlanması zamanı tərəflər bir çox məsləhətləşmələr və yeni təkliflərin qiymətləndirilməsini aparıblar”. Bunu BMT-nin Azərbaycandakı daimi əlaqələndiricisi Qulam İsakzai bu gün Bakıda keçirilən Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına həsr olunmuş konfransda deyib: “O cümlədən əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək, ayrı-ayrı dövlət qurumlarının imkanlarını gücləndirmək və genişləndirmək vacibdir”.Q.İsakzai onu da vurğulayıb ki, qarşıdakı 5 il ərzində hər bir Azərbaycan vətəndaşının BMT-nin işinin faydalarını hiss etməsinə səy göstərmək lazımdır.