Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2019-cu ildə ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 5 milyard 638,6 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 862,6 milyon dollar, İsrailə isə 1 milyard 331,6 milyon dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 6 milyard dollar, Türkiyə ilə 4 milyard 509,4 milyon dollar, Rusiya ilə 3 milyard 22 milyon dollar təşkil edib.