2019-cu ildə 33,3 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.01.16 11:55 (UTC+04:00)

Ötən il Azərbaycanda ticarət əməliyyatlarının həcmi 33 milyard 302,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 13 milyard 667,2 milyon dolları idxalın, 19 milyard 635,5 milyon dolları isə ixracın payına düşür.