Dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin strateji prioritetləri müzakirə edilir

2020.01.16 10:35 (UTC+04:00)

İki gün davam edəcək sessiyada dövlət və BMT rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər təşkilatlarının nümayəndələri də iştirak edir.
Sessiyanın keçirilməsində məqsəd BMT ilə Azərbaycan arasında 2021-2025-ci illəri əhatə edən dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin strateji prioritetlərini müəyyənləşdirməkdur.

Seminarın açılış mərasimində çıxış edən baş nazirin müavini Əli Əhmədov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb, BMT ilə birgə müəyyən edilən prioritetlərə uyğun inkişaf strategiyasının ölkəmiz üçün faydalı olduğunu bildirib.

Qeyri-neft sektornun inkişafının əsas məqsəd olduğunu deyən Ə.Əhmədov hər il əmək bazarına 100 min nəfərə yaxın insanın daxil olduğunu deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda insan kapitalının artmasının, onların təhsilinin, bilik və bacarıqlarının inkişafı iqtisadiyyatın irəliləməsinə təkan verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzayi BMT ilə Azərbaycanın əməkdaşlığının perspektivləri barədə danışıb.