2019-cu ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 233,1 milyon barel neft nəql olunub

2020.01.15 17:28 (UTC+04:00)

Azərbaycanın xam neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2019-cu ildə 233 milyon 175 min barel neft nəql edilib. "Botaş" şirkətinin hesabatına əsasən, indiyədək Ceyhandakı dəniz terminalından 3 milyard 300 milyon barreldən çox neft tankerlərlə dünya bazarına göndərilib. Keçən il aylıq müqayisədə ən çox neft mayda (22 milyon 149 min barel) nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri 2006-cı ilin iyulunda istifadəyə verilib və uzunluğu 1.776 kilometrdir. Bu vaxtadək boru kəməri ilə ən çox neft 286 milyon 214 min barel olmaqla 2010-cu ildə, ən az isə kəmər istifadəyə verilən il olub (57 milyon 78 min barel).