Çay ixracı artıb

2020.01.15 16:53 (UTC+04:00)

Ötən il ölkədən 1,5 min ton çay ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən çayın dəyəri 9,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə dəyəri 9,3 milyon dollar olmaqla 1,3 min ton çay ixrac edilib.