Azərbaycandan avtomobil nəqliyyatı ilə 1,3 milyon tondan çox yük ixrac edilib

2020.01.15 16:28 (UTC+04:00)

Ötən il Azərbaycandan avtomobil nəqliyyatı ilə 1,3 milyon tondan çox yük göndərilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 2,4 milyon ton təşkil edib.