ABŞ neftin qiymətinə dair proqnozunu yüksəldib

2020.01.15 14:12 (UTC+04:00)

ABŞ neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, EIA bu il "Brent" markalı xam neftin bir barelinin orta qiymətinin 65 dollar olacağını nəzərdə tutur. Əvvəlki proqnoz 60,5 dollar/barel idi. Administrasiya cari ildə "Light" markalı neftin qiymətinin isə 59,5 dollar/barel təşkil edəcəyini proqnozlaşdırır. Əvvəlki proqnuz 55 dollar/barel açıqlanmışdı.

EIA Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrinin xam neft istehsalını bu ilin ilk rübündə gündəlik 500 min barel azaltması qərarının proqnozun artırılmasına təsir etdiyini vurğulayıb.