Azərbaycanın alüminiumun ixracının həcmi 30 faizdən çox artıb

2020.01.14 17:57 (UTC+04:00)

Ötən il Azərbaycan 128 049,07 min ABŞ dolları dəyərində 64 674,21 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2018-ci ilin göstəricisi ilə müqayisədə 14,1%, həcmi isə 30,8% artıb.