Ötən il pambıq lifi və ipliyinin ixracı artıb

2020.01.14 15:45 (UTC+04:00)

2019-cu ildə Azərbaycandan 89,7 min ton pambıq lifi və 12,8 min ton pambıq ipliyi ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ixrac edilən pambıq lifinin dəyəri 123,9 milyon, pambıq ipliyinin dəyəri isə 30,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ildə ölkədən 80,4 milyon dollarlıq 54,3 min ton pambıq lifi, 23,6 milyon dollarlıq 9,5 min ton pambıq ipliyi ixrac edilmişdi.