Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra əlavə dəyər vergisi (ƏDV) üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsində yeniliklər gözlənilir. İndiyədək sahibkarlar müştərilərin ödəmə etmədiyi hallarda və ya nə zaman ödəmə etməyindən asılı olmayaraq həmin vergiləri öz büdcələrindən ödəməli olurdular. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov Vergi Məcəlləsində edilən dəyişikliklərlə bu uyğunsuzluğun aradan qaldırıldığını vurğulayıb. 1 yanvar 2020-ci ildən mal və xidmətlərin təqdim edilməsi zamanı ƏDV üzrə öhdəlik müştəri hesabından sahibkara ödəmə daxil olduqda yaranacaq.
Son dəyişikliklərə qədər tətbiq olunan ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi eyni zamanda mühasiblər üçün də mürəkkəb idi və aşağıdakı problemləri yaradırdı ki, bunlar da hamısı əlavə vaxt itkisi idi:
1. ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi mexanizminin çətinliyi.
2. ƏDV-nin mühasibat uçotunda Əks etdirilməsinin mürəkkəb mexanizmi (30 gün məsələsi)
3. Ödəmənin fərqli vaxtlarda olduğu şirkətlərdə hər ay kameral uyğunsuzluq məktubunun gəlməsi
4. Əgər Əvvəlki ayın sonuncu günlərində verilmiş VHF üzrə ödəmələr ayin 20-si və 30-u aralığında daxil olardısa dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi".
Məcəlləyə edilən dəyişikliklərdən sonra ƏDV öhdəliyi yalnız qarşı tərəfdən hesaba pul daxil olduqdan sonra yaranacaq. Bu o deməkdir ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:
- nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
- maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və s. kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt
Bunun muhasibat uçotunda necə nəzərə alınmasına gəldikdə ötən il qüvvədə olan Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə və 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda sayılırdı. Lakin bu müddət az olduğundan buna çox fikir verilmirdi və mal və xidmətlərin satışı zamanı əksər hallarda birbaşa ƏDV öhdəliyi yaradılırdı. Vergi Məcəlləsinə edilən son dəyişiklərə əsasən, vergi tutulan əməliyytın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.
Ödəmədən sonra yaranacaq ƏDV öhdəlikləri barədə məlumatın əldə edilməsini istəyən şəxslərin, xususilə köhnə hesablar planından istifadə edənlərin yeni bir hesabdan istifadə etməsini tövsiyə edirik. Bu hesabı asan başa düşülməsi üçün gələcək dövrün ƏDV öhdəliyi də adlandıra bilərik.
Misal. 10.01.2020-ci il tarixində ƏDV ödəyicisi 10.000 manat dəyərində xidmət təqdim edib. Alıcı isə ödənişi 01.03.2020-ci il tarixində edəcək. O zaman əməliyyatları, o cümlədən ƏDV öhdəliyini uçotda aşağıdakı kimi göstərməliyik:
Tarix |
Əməliyyatın adı |
Debet |
Kredit
|
10.01.2020 |
Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları |
10 000 |
|
10.01.2020 |
Satışın maya dəyəri üzrə xərclər |
|
10 000 |
10.01.2020 |
Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları |
1800 |
|
10.01.2020 |
Gələcək dövrün ƏDV öhdəliyi |
|
1800 |
10.03.2020 |
Bank hesabı |
10 000 |
|
10.03.2020 |
Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları |
|
10 000 |
10.03.2020 |
ƏDV depozit hesabı |
1800 |
|
10.03.2020 |
Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları |
|
1800 |
10.03.2020 |
Gələcək dövrün ƏDV öhdəliyi |
1800 |
|
10.03.2020 |
Vergi öhdəlikləri (ƏDV borcu) |
|
1800 |
Fərqanə Allahverdiqızı