2019-cu ildə Azərbaycandan 536,9 min ton kimya sənayesi məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 102,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ildə ölkədən ixrac olunan 262,6 min ton kimya məhsulunun dəyəri 78,1 milyon dollar təşkil etmişdi.