2019-cu ildə ölkədən 1 milyard 770,6 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan elektrik enerjisinin dəyəri 76,8 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycandan 1 milyard 397,3 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 65,6 milyon dollar təşkil etmişdi.