Azərbaycanın ötən il xam neft ixracı 4,5 faiz artıb

2020.01.14 12:26 (UTC+04:00)

2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 30,837 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən, bu məbləğdə məhsulun dəyəri 14,814 mlrd. ABŞ dolları təşkil edib. Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 75,45% təşkil edib.
2019-cu ildə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarınin miqdarı 2018-ci ildən 4,5% çox, dəyəri isə 5,8% az olub.