2019-cu ildə Azərbaycan 33,303 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb

2020.01.14 11:25 (UTC+04:00)

Ötən il Azərbaycan xarici ölkələrlə 33,303 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur. Keçən ilin xarici ticarət dövriyyəsinin 19,636 milyard dolları ixracın, 13,667 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,9%, idxal isə 19,2% artıb.
Son nəticədə xarici ticarətdə 5,968 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 25,35% azdır.