2019-cu ildə Azərbaycana 47 710 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, 2018--ci illə müqayisədə 18 834 ədəd və yaxud 65,2% çoxdur.
Ötən il sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 250 ədəd və yaxud 84,2% artaraq 547 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 17 009 ədəd və yaxud 65,05% artaraq 43 156 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 480 ədəd və yaxud 64,35% artaraq 3 780 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 95 ədəd və yaxud 72% artaraq 227 ədəd olub.