Polşada aksiz dərəcələri artırılıb

2020.01.13 18:43 (UTC+04:00)

Polşa Prezidenti Ancey Duda keçən keçən ilin sonunda alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsinin artırılması ilə bağlı qanunu imzalayıb. Yeni qanuna əsasən ölkədə spirtli içilərə, tütün məhsullarına, eləcə də elektron siqaret mayesinə görə tutulan aksiz vergisinin dərəcəsi 10 faiz artırılıb. Hökumət bu addımın atılmasını iqtisadi şərtləri əlaqələndirərək aksiz vergisi dərəcəsinin artırılması sayəsində 2020-ci ildə dövlət büdcəsinə əlavə 700 milyon zlota (təxminən 163 milyon avro) vəsait cəlb ediləcəyini proqnozlaşdırır. Beləliklə, bu ildən Poçlşada bir qutu siqaretin qiymətində 1 zlota (44 qəpik), bir şüşə tünd içkinin qiymətində isə 1,4 zlota (62 qəpik) bahalaşma olub.