Çin-Avropa marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı artıb

2020.01.13 16:01 (UTC+04:00)

Ötən il Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 2018-ci illə müqayisədə 5 faiz artıb. Bu barədə Qazaxıstan mediası "Qazaxıstan Dəmir Yolları – Yük daşımaları" şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 2019-cu ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 3.071 ədəd təşkil edib. Bildirək ki, 2018-ci ildə bu göstərici 2.925 ədəd olmuşdu. O da vurğulanıb ki, 2019-cu ildə qatarların hərəkət sürəti 15 faiz artıb və 1034 km/günə çatıb.

Xatırladaq ki, Çindən Avropaya konteyner qatarları Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Praqaya (Çexiya) qədər 11,5 min km məsafədə uzanır.