Qızıl ehtiyatları artaraq 3 min tona yaxınlaşıb

2020.01.13 15:05 (UTC+04:00)

2019-cu ildə beynəlxalq fondlardakı qızılın bazar dəyəri 2018-ci ilə nisbətən 37 faiz artaraq 141 mlrd. dollara çatıb. Bu barədə Dünya Qızıl Şurasının (WGC) "Qlobal Qızıl əsaslı fond axını 2019" hesabatında bildirilib. Məlumata görə, keçən il qızıl ehtiyatları 2018-ci ilə nisbətən 400 ton artaraq 2.881 ton olub. Bununla da qızıl tarixi rekordunu yeniləyib.

Qeyd edək ki, 2019-cu ildə qlobal qeyri-müəyyənliklər və "ticarət müharibələri" investorları "təhlükəsiz liman" olan qızıla yönəldib.